28.09.2019

“Diqqət uşaqlar” adlı daha bir tədbir keçirilib

27 sentyabr 2019-cu il tarixdə Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə Azərbaycan Respublikası DİN-nin Ağcabədi RPŞ-nin əməkdaşlarının iştirakı ilə "Diqqət uşaqlar" adı altında uşaq və yeniyetmələrin iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alması istiqamətində proflaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil müəsissələrində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsində dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə tədbir keçirilib.

Tədbirdə Ağcabədi RPŞ-nin İTB xidmət üzrə inspektor polis baş leytnantı X.Əsədov, Ağcabədi RPŞ-nin DYP-bölməsinin Baş dövlət avtomobil müfəttişi polis kapitanı Natiq Hüseynov, Ağcabədi RTŞ-nin metodisti Tofiq Zeynalov, məktəbin direktoru Rizvan Quliyev, müəllim və şagirdlər iştirak ediblər.


Açar sözlər: ,