02.10.2019

Bədii yaradıcılıq müsabiqəsi keçirlib  

02 oktyabr 2019-cu il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının akt zalında Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5. bəndinin 5.5.4. yarımbəndinin icrası ilə bağlı Ali və ortra ixtisas təhsil müəsisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqəsi keçirilib. Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Turabov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov, rayon Təhsil Şöbəsinin metodisti Almaz Məmmədova, Ağcabədi rayon Mədəniyət Mərkəzinin əməkdaşı, bədii qiraətçi Gündüz Sevindik və 40 nəfərdən artıq müsabiqə iştirakçıları iştirak edib.

Maraqlı şeir kompazisiyaları ilə yadda qalan müsabiqənin yekun nəticəsində I yerə Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi Məmmədov Heydar Vüsal oğlu, II yerə Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi  Quliyev Elgün Ramiz oğlu, III yerlərə isə Mirzə Fətəli Axundzadə adına şəhər 3 saylı məktəb-liseyinin şagirdi Xəlilova Nurcan İlham qızı və şəhər 1 saylı tam orta məktəbin şagirdi Məmmədova Nabat Vaqif qızı laiq görülmüşlər. I,II, III yerləri tutmuş müsabiqə iştirakçılarına Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.


Açar sözlər: ,