05.10.2019

Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə  tədbir keçirilib  

5 oktyabr 2019-cu il tarixdə “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad ediblər

Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamlayıb və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzulayıb. Rayon rəhbəri qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixliSərəncamı ilə “Əməkdar müəllim” fəxri adı  ilə təltif olunan Qaravəlli kənd tam orta məktəbin coğrafiya müəllimi Sadıqov Əli Bəhrəm oğlu bu ada layiq görüldüyü üçün Cənab Prezidentə öz dərin minnətdarlığını bildirib və fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verililib.
 


Açar sözlər: ,  ,