15.10.2019

Yeni işə qəbul olmuş müəllimlərin andiçmə mərasimi keçirilib

           15 oktyabr 2019-cu il tarixdə Ağcabədi rayon Təhsil şöbəsində  2019/2020-ci tədris ilində yeni işə qəbul olmuş müəllimlərin andiçmə mərasimi keçirilib. Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır.

       Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Həsənov İsmayıl Qulu oğlu çıxış edərək müəllimləri təbrik edib. O, çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. 

Bu müqəddəs və şərəfli peşənin məsuliyyətini, böyüklüyünü və  gözəlliyini anlayan hər bir gənc müəllim öz sədaqət andını içərək, üzərilərinə düşən missiyalarını layiqincə yerinə yetirərək, vətənə və dövlətə layiqli vətəndaş, vətənpərvər, bilikli, savadlı uşaqlar, gənclər hazırlayacaqlarını bildiblər. 

Əziz gənc müəllimlər! Yeni başlayacağınız bu şərəfli yolda Sizlərə uğurlar!

 


Açar sözlər: ,