16.10.2019

Heydər Əliyev Mərkəzinin əməkaşları şəhər məktəblərində məruzələrlə çıxış ediblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən “Müstəqillik günü” ilə əlaqədar olaraq şəhər ümumtəhsil məktəblərində məruzələrinin təşkilinə başlanılıb. 14 oktyabr 2019-cu il tarixdə Mərkəzin əməkdaşı Ağcabədi rayon Pərioğullar  kənd tam orta məktəbində “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış edib. Azərbaycanın şanlı tarixindən, xalqın müstəqillik uğrunda azadlıq mübarizəsindən bəhs edən məruzəçi 28 il öncə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmasından və bu mühüm sənədlə xalqımız həsrətində olduğu azadlığa qovuşmasından ətraflı danışmışdır. 1990-cı illərin əvvəllərində ölkəmizi xaos, anarxiya dalğası bürüdüyünü bildirən məruzəçi belə bir vaxtda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bu təhlükənin tamamilə sovuşduğunu, müstəqil Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətli inkişafına başlanıldığını, beynəlxalq müqavilələrə imza atmasını, dünya dövlətləri ilə bir sırada inamla irəlilədiyini vurğulamışdır.

Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.


Açar sözlər: