19.10.2019

"18 Oktyabr- Müstəqillik günü" münasibəti ilə tədbirlər keçirilib

         Oktyabrın 18-də Ağcabədi rayonun bütün ümumtəhsil məktəblərində  "18 Oktyabr-Müstəqillik günü" münasibəti ilə tədbirlər keçirilib. Tədbirlərdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirlərdə Müstəqillik günü ilə bağlı çıxışlar edilərək yaxın keçmişimizə bir daha nəzər salınmış, müstəqilik illərində xalqımızın həyatında  baş verən müsbət  dəyişikliklərə münasibət bildirilib.  Şagirdlərin ifasında vətən xalq, müstəqilik mövzularında  şeirlər söylənilib.

 


Açar sözlər: ,