21.10.2019

“Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış

21 oktyabr 2019-cu il tarixdə Mərkəzin əməkdaşı Cavid İsmayılov C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış edib. O dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən bəhs edən məruzəçi XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirib. Məruzəçi həmçinin, Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyini, qüdrətləndiyini şagirdlərin diqqətinə çatdırıb.

Daha sonra mövzu ətafında keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçiliblər. Sonda 16 oktyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzi tərəfindən Ağcabədi şəhər ümumtəhsil məktəbləri arasında keçirilən “Müstəqillik tariximizi necə bilirik” adlı bilik yarışında yer tutan məktəbin X sinif şagirdləri Kərimli Elcan Anar oğlu və Fətəliyev Ramiz Ədalət oğluna diplomlar təqdim edilib.

 


Açar sözlər: