30.10.2019

Ağcabədi rayonunda Atletika idman növü üzrə “Məktəblərin Respublika Çempionatı”nın rayondaxili mərhələsi keçirilib

           29 oktyabr 2019-cu il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilən “Məktəblər Arasında Respublika Çempionatı”nın Atletika idman növü üzrə Ağcabədi rayondaxili mərhələsi keçirilib. Rayondaxili mərhələdə 61 şəhər və kənd komandaları iştirak edib. V-VII sinif şagirdləri arasında keçirilən yarışda məktəb komandaları hər komandada 3 oğlan və 3 qız olmaqla 100 və 200 metr məsafəyə qaçış, topatma, estafet qaçışı mərhələlərində öz qüvvələrini sınayıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən Atletika idman növü üzrə “Məktəblərin Respublika Çempionatı”nın Ağcabədi rayondaxili mərhələsinin yekununda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası II yerə, Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin komandası isə III yerə layiq görülüblər. Nəticədə I, II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.