31.10.2019

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin zona yarışları başa çatıb  

 “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin zona yarışları başa çatdıb. Zona mərhələsi Quba, Salyan, Oğuz, Ucar rayonu və Gəncə şəhərində olmaqla 5 zona üzrə təşkil edilib. 6 yaş qrupu üzrə 12 kateqoriyada (6,8,10,12,14,16 yaşadək oğlanlar və qızlar) keçirilən zona yarışlarında Təhsil Nazirliyii sistemində fəaliyyət göstərn uşaq-gənclər idman-şahmat məktəblərinin şahmatçıları mübarizə aparıb. Hər yaş qrupunda I, II və III yerləri tutmuş şahmatçılar “Təhsil” Respublika idman mərkəzinin müvafiq diplomları ilə təltif ediliblər. Hər yaş qrupu üzrə ilk iki yeri tutmuş şahmatçılar isə final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, dünya və Avropa birinciliklərində medal qazanan, sonuncu Azərbaycan birinciliyində I, II və III yeri tutan, o cümlədən yaş qrupları üzrə beynəlxalq reytinq əmsalı birinciliyin əsasnaməsindəki göstəriciləri ödəyən şahmatçılar final mərhələsində birbaşa iştirak hüququ əldə ediblər.

 Şahmat üzrə respublika birinciliyinin keçirilməsində əsas məqsəd şahmatçıların oyun təcrrübəsinin artırılması, idman-şahmat məktəblərində şahmat bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi və yaş qrupları üzrə mərkəzin yığma komandalarının formalaşdırılmasından ibarətdir.

                                                       


Açar sözlər: