04.11.2019

#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir

         Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verir. Ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

          Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.


Açar sözlər: