23.10.2019

Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

        23 oktyabr 2019-cu il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi kiçik yaşlı oxucular arasında "Uşağın baxışları" başlığı altında tədbir keçirib. Şöbənin əməkdaşı Nübar Mahmudova qeyd edib ki, Azərbaycan uşaqları öz sözlərini deməyə, fikir yürütməyə, hətta böyüklərin həyatında dəyişiklik etməyə qadirdilər. Uşaqlar fiziki və psixi inkişaf cəhətdən zəif olduqlarına görə onların xüsusi qayğı və köməyə ehtiyacları var. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyıətindən aslı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.


Açar sözlər: ,