01.11.2019

Voleybol idman növü üzrə “Məktəblərin Respublika Çempionatı”nın rayondaxili mərhələsi keçirilib

            01 noyabr 2019-cu il tarixdə Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 saylı məkətb-liseyinin idman zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilən “Məktəblər Arasında Respublika Çempionatı”nın Voleybol idman növü üzrə Ağcabədi rayondaxili mərhələsi keçirilmişdir. Rayondaxili mərhələdə 51 şəhər və kənd komandaları iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən Voleybol idman növü üzrə “Məktəblərin Respublika Çempionatı”nın Ağcabədi rayondaxili mərhələsinin yekununda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Hacıbədəlli kənd tam orta məktəbin komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Nəticədə I,II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.