Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.07.2019-cu il tarixli, F-408 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə tədbirlər planı hazırlanmış və nəzərədə tutulan tədbirlərin həyata keçirilməsi üçün məktəb rəhbərlərinə tapşırıqlar verilmişdir. Bu tədbirlərin keçirilməsində bir çox məktəblərimiz fəallıq göstərmişdir. Məktəb şagirdləri müxtəlif mənbələrdən istifadə edərək Azərbaycan Xalq Cumhuriyyəti ensiklopediyasından və internet səhifələrindən Əhməd bəy Ağaoğlu haqqında maraqlı məlumatlar toplanmış və müzakirələr aparılmışdır.
Məktəblərimizdən şəhər 1, 3, 4, 5, 7, 8, 9, 11 saylı, Qaravəlli, Hacıbədəlli, Kəbirli kənd tam orta məktəblərində “Əhməd bəy haqqında nə bilirik” mövzusunda diskusiyalar aparılmışdır.