21.11.2019

“Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında VII Azərbaycan Çempionatının rayon turu keçirilib

21 noyabr 2019-cu il tarixdə Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında VII Azərbaycan Çempionatının rayon turu keçirilmişdir. 13 komandanın iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında VII Azərbaycan Çempionatının rayon turunda 1-ci yerə şəhər 1 saylı tam orta məktəbin komandası,  2-ci yerə Ağcabədi Pedaqoji Kollecinin komandası, 3-cü yerə isə Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası laiq görülmüşdür. I, II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.


Açar sözlər: