29 noyabr 2019-cu il tarixdə Ağcabədi şəhər Camal İbahimov adına şəhər 8 saylı tam orta məktəbdə baş tutmuş seçim turunda rayon məktəblərindən 10 məktəb komandasının 60 şagirdi gərgin intellekt mübarizəsi aparmışdır. Yarışın nəticələrinə görə Səməd Vurğun adına 4 saylı tam orta məkdəbin Elit komandası birinci, Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin Hünər komandası ikinci, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin Bilik komandası isə üçüncü yerə layiq görülmüşdür.