12.12.2019

Ümummilli liderin anım günü    

Ağcabədi Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər, “dəyirmi masa”lar, konfranslar, sərgilər, inşa müsabiqələri keçirilib.

Tədbirlərdə Ağcabədi Rayon Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyəti, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən danışılıb. Çıxışçılar Azərbaycanın tərəqqi və inkişafının məhz fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, ulu öndərin hakimiyyəti illərində respublikamız ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisində zəngin inkişaf yolu keçib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən çıxışlar olub, şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.