06.12.2019

İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Ağcabədi şəhər ümumtəhsil müəssisələrində  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirilib.  Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçildiyini diqqətə çatdırılıb.


Açar sözlər: ,  ,