01.01.2020

“Qış nağıl”ı adlı bayram tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə 1 yanvar 2020-ci ildə bayramsayağı bəzədilmiş Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Qış nağıl”ı adlı bayram tədbiri keçirilib. Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin təşkilatçılığı, Ağcabədi Günərzi Qayğı Mərkəzi, Ağcabədi rayon İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi, Ağcabədi şəhər ümumtəhsil məktəblərinin və şəhər uşaq bağçalarının iştirakı ilə keçirilən tədbirdə səhnədə “Qış nağıl”ı nümayiş etdirilib.Tədbirdə həmçinin, Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs qrupu, “Nağaraçılar” qrupu çıxış edib, uşaqların ifasında şeirlər və musiqi ifaları səsləndirilib. Qarqızla birgə tədbirin qonağı olan Şaxta Baba uşaqları əyləndirib və onlara bayram sovqatı hədiyyə edib.

 


Açar sözlər: ,  ,