13.01.2020

20 Yanvar faciəsinin otuzuncu ildönmü münasibətilə Ağcabədi rayon ümumtəhsil məktəblərində  silsilə tədbirlər keçirilir

20 yanvar ümumxalq hüzn günüdür. Bu tarix xalqımızın şanlı tarix səhifəsinə qanla yazılmış Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 20 yanvar illərlə sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz süvernliyi uğrunda cəsarət nümayış etdirdiyi şərəfli bir tarixdir. Bu şanlı tarixi öz qanları ilə tarixə yazan şəhidlərimizə allah rəhmət eləsin. Ümumtəhsil məktəblərimizdə də 20 yanvar hüzn günü qeyd olunur, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. 

Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta,  Ü.Hacıbəyov adına 7 saylı tam orta və M.Aranlı adına 11 saylı tam orta  məktəblərində 20 yanvar hüzn günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib, şagirdlərin ifasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya göstərilib.
 

 

 


Açar sözlər: ,