14.01.2020

Ağcabədi rayon C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbdə “20 Yanvar faciəsi” ilə  bağlı tədbir keçirilib

Ağcabədi şəhər C.İbrahimov adına 8 saylı tam orta məktəb üzrə “20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı hazırlanıb. Bununla bağlı 20 Yanvar şəhidlərini əks etdirən şəkillər çəkilib. Çəkilən şəkillər foyedə yaradılmış lövhələrə asılaraq  qarşısına qərənfil və şamlar düzülüb, rəsm və inşa müsabiqəsi  keçirilib. Məktəbdə 20 Yanvar şəhidlərinə aid divar qəzeti çıxarılıb. Tədbirdə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdikdən sonra məktəbin direktoru Anar Qasımov məruzə xarakterli çıxış edib. 20 Yanvar faciəsi ilə bağlı filmə baxış olub. Tədbirin  ikinci hissəsində  VII və IX sinif şagirdlərindən ibarət şeir kompozitiyası olub.

Yanvarın 16-17 İbtidai sinif müəllimləri hissə-hissə şagirdlərini Şəhidlər Xiyabanına ziyarətə aparacaqlar. 17 Yanvar dərslər ”20 yanvar faciəsinə” həsr olunacaq və şagirdlər şəhidlər xiyabanını ziyarət edəcək, şəhidlərimizin məzarına tər qərənfillər qoyacaqlar.

 

 


Açar sözlər: ,  ,