16.01.2020

Ağcabədi şəhər 1 saylı tam orta məktəb “20 yanvar” faciəsinin otuzuncu il dönümünə həsr edilmiş müxtəlif tədbirlər keçirib

Ağcabədi şəhər 1 saylı tam orta məktəb “20 yanvar” faciəsinin otuzuncu il dönümünə həsr edilmiş tədbirlər planına əsasən məktəbdə müxtəlif tədbirlər keçirib.  “20 yanvar” faciəsinə həsr edilmiş guşə yaradılıb. Sonra “20 yanvar” faciəsini əks etdirən kitablardan ibarət sərgi yaradılıb, rəsm müsabiqəsi, esse və “20 yanvar faciəsi  uşaqların gözü” ilə məktəb divar qəzeti hazırlanıb. Sonra məktəb kitabxanasında şagirdlərlə dəyirmi masa keçirilərək kitabxana müdiri Günel Əliyeva ilə şagirdlərin birgə söhbətləri təşkil edilib. Məktəbin  IV sinif şagirdləri böyük kompazisya ilə müəllim, şagird və valideyinlər qarşısında “20 yanvar” faciəsini əks etdirən hadisələri canlandırıblar. 17 yanvar 2020-ci il tarixində ilk dərslər 20 yanvar faciəsinin otuzuncu il dönümünə həsr edilmişdir. Tədbir  Şəhidlər Xiyabanında  ziyarətlə başa çatıb.


Açar sözlər: ,  ,