31.01.2020

Ağcabədi rayonunda keçirilən Şahmat idman növü üzrə Azərbaycan Birinciliyinin seçmə yarışları başa çatıb


            Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təsdiq etdikləri Şahmat yarışlarının illik təqvim planına əsasən 8-10-12-14-16 yaşlı şahmatçıların Azərbaycan Birinciliyinin seçmə yarışlarının bağlanış mərasimi keçirilib. Yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının Vitse Prezidenti Faiq Həsənov, Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev və Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev iştirak ediblər.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının Vitse Prezidenti Faiq Həsənov və Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev çıxış edərək qalib gələn şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və müvəfəqiyyətlər arzulayıblar. Qeyd edək ki, Azərbaycan Birinciliyinin seçmə yarışlarında 43 rayondan 342 şahmatçı iştirak edib.
                Sonda yarışda fəal iştira edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

 


Açar sözlər: