03.02.2020

"İstedadlı şagird" rubrikasının qonağı İsmayılova Nəzrin Rahib qızıdır  

       “İstedadlı şagird” rubrikasının qonağı Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IV sinif şagirdi İsmayılova Nəzrin Rahib qızıdır. Nəzrin 2009-cu ildə Ağcabədi şəhərində anadan olub. Dərs əlaçısıdır. Nəzrin intizamlı şagird olmaqla yanaşı, həm də vətənpərvərdir. O, vətənini çox sevir. Vətən mövzusunda gözəl şeirlər söyləyir. Onun gözəl və ifadəli nitqi var. Söylədiyi şeirləri o qədər ürəkdən səsləndirir ki, səsindən vətənini daha çox sevdiyi hiss olunur. Məktəb daxilində keçirilən qiraət yarışmasında İsmayılova Nəzrin I yerə layiq görülmüşdür. Rayon məktəbləri arasında keçirilən “Bədii qiraət “yarışmasında fərqlənmə diplomu almışdır. Bu kiçik qız eyni zamanda gözəl şəkillər çəkir. Vətənin geniş çöllərini, füsünkar təbiətini tablo üzərində canlandırır. Nəzrinin ən böyük arzusu “Azərbaycan” şeirini vətənimizin dilbər guşəsi olan Şuşada söyləməkdir.

Məktəblimiz və fəxrimiz olan Nəzrinə bundan sonra da gələcək həyatında daima uğurlar arzu edirik. 

 


Açar sözlər: ,