07.02.2020

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər davam edir    

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qaliblərinin keçirdiyi “Oxu və riyaziyyatın tədiris metodikasında yeni yanaşmalar” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir. Layihələrin həyata keçirilməsində məqsəd 3-cü siniflərdə tədris aparan müəllimlərin, şagirdlərin oxuyub-anlama və riyazi bacarıqlarının inkişaf etdirilməsi üzrə işini daha da effektiv edəcək təlim üsulları ilə işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Həmin layihəsi çərçivəsində Ağcabədi rayon Camal İbrahimov adına 8 saylı tam orta məktəbdə yerləşən təlim mərkəzində Ağcabədi rayon müəllimlərin təlimi davam edir. Təlim “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin Ağcabədi rayon üzrə qalibi, təlimçi, müəllim Mehtiyeva Əsmər Musa qızı tərəfindən keçirilir.

 


Açar sözlər: ,