21.02.2020

 21 fevral - Beynəlxalq Ana dili günü münasibəti ilə tədbir keçirilib

        21 fevral - Beynəlxalq Ana dili günü münasibəti ilə C.Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Giriş sözü tədbiri açan məktəbin direktoru Şövkət Səfərova bildirib ki, Beynəlxalq Ana dili Günü 1999-cu il noyabrda UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.

        Beynəlxalq Ana dili günü 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır. Bunun qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ili Beynəlxalq Ana dili günü elan etməsi ilə rəsmi olaraq tanınıb.

 


Açar sözlər: ,  ,