21.02.2020

Cəfərbəyli kənd tam orta məktəbində "Ana dili günü" münasibətilə intellektual bilik yarışması keçirilib

Bu gün Ağcabədi rayonu Cəfərbəyli kənd tam orta məktəbində "Ana dili günü" münasibətilə intellektual bilik yarışması keçirilib.  Bilik yarışmasında qaliblərə diplomlar təqdim olunub. Yarışdan əvvəl məktəbin dil-ədəbiyyat müəllimləri Ş.Həsənova, B.Quliyeva çıxış edərək Azərbaycan dilinin yaranma və inkişaf tarixi haqqında geniş məlumat veriblər. Tədbirdə V-lX sinif şagirdləri yaxından iştirak edib. Tədbirin sonunda məktəbin direktoru Valeh Atakişiyev çıxış edərək müəllim və şagird kollektivinə təşəkkürünü bildirib.


Açar sözlər: ,