21.02.2020

Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə 21 fevral “Ana dili günü”nə həsr edilmiş tədbirlər keçirilib

Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə 21 fevral “Ana dili günü”nə həsr edilmiş tədbirlər keçirilib. Bu mövzu ilə əlaqəli bütün siniflərdə Azərbyacan dili və ədəbiyyat dərsində dilimizlə bağlı söhbətlər aparılıb. IVa sinfində dilimizə həsr edilmiş açıq dərs təşkil edilib. Sinif müəllimi Tahirə Qasımovanın yüksək fəaliyyəti nəticəsində səviyyəli və digər siniflərə nümunə ola biləcək açıq dərs keçirilib. Bu münasibət ilə Vb Vc sinifləri arası "Mənim doğma dilim"  başlığı altında siniflər arası yarış keçirilib. Qaliblər mükafatlandırılıb.

Bu tədbirlər şagirdlər arasında dilimizə vətənimizə olan sevgi və  məhəbəbtin tərrənümüdür.  "Ana dili " günü münasibəti ilə məktəbin Uşaq Birliyinin aylıq divar qəzeti məhz  21 fevral  "Ana dili günü”nə həsr edilmişdir. Şagirdlərin məqalələri və Azerbaycan dili haqqında məlumatlar aforizmler öz əksini tapmisidir.
 


Açar sözlər: ,  ,