24.02.2020

Hacıbədəlli kənd tam orta məktəbində "Xocalıya ədalət" adlı tədbir keçirilib 

        Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xalqımız bu günü, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edir. Ağcabədi  rayon ümumitəhsil məktəblərində faciəni andıran tədbirlər keçirilir. Odur ki, Hacıbədəlli kənd tam orta məktəbin şagird kollektivi Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalıya ədalət" adlı tədbir keçirilib. 

      Tədbirdə məktəbin direktoru Feyzulla Feyzullayev Xocalı faciəsinə həsr olunmuş məruzə ilə çıxış edib, şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklərdə 25-26 fevral 1992-ci il tarixini əks etdirən hadisələr təqdim olunub. 

 


Açar sözlər: ,  ,