26.02.2020

C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbində “Xocalı soyqırımı”ilə bağlı tədbirlər keçirilib

C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbində “Xocalı soyqırımı”ilə bağlı tədbirlər planına uyğun olaraq tədbirlər keçirilib.

Şagirdlər Xocalı soyqırımını əks etdirən şəkillər çəkib, çəkilən şəkillər foyedə yaradılmış lövhələrə bərkidilərək qarşısına qərənfil və şamlar düzüblər. Xocalı soyqırımı ilə bağlı rəsm və inşa müsabiqəsi keçirilib, hər bir sinifdə sinif güşələri yaradılıb. Fevralın 25-də məktəbdaxili tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Anar Qasımov məruzə xarakterli çıxış edib, şagirdlər ədəbi bədii kompozisiya nümayiş etdiriblər və sonda Xocalı soyqırımını əks etdirən sənədli filmə baxılılıb. 26 Fevral ilk  dərs Xocalı soyqrımına həsr olunub. Daha sonra məktəbin müəllim kolektivi Şəhidlər xiyabanını ziyarət ediblər.


Açar sözlər: ,