27.02.2020

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürüb

26 fevral 2020-ci il tarixində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri start götürüb.

Yarış iştirakçıları tərəfindən öncə şəhidlər xiyabanı ziyarət edilib. Tədbirin açılış mərasimində çıxış edən natiqlər ermənilər tərəfindən Xocalıda etnik azərbaycanlılara qarşı törədilən soyqrım haqqında gənc şahmatçılara geniş məlumat verib.
Turnir “A” və “B” qrupları üzrə İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilib. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparıb. Turnirdə ümumilikdə 36 rayon (şəhər) uşaq-gənclər idman-şahmat məktəblərindən 300-ə yaxın şahmatçı iştirak edib.

Yarışın keçirilməsində əsas məqsəd Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edilməsi, şahmatçıların ustalıq səviyyələrinin, idman dərəcələrinin və beynəlxalq reytinqinin artırılmasından ibarətdir.

 

                                                                       

 

 


Açar sözlər: ,