28.02.2020

Ağcabədi rayonunda Basketbol idman növü turnir keçirilib

            27-28 fevral 2020-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin idman zalında məktəblər arasında Basketbol idman növü üzrə Ağcabədi rayon turniri keçirilib.

             Rayon turnirində 18 şəhər və kənd məktəbinin komandaları iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən Basketbol idman növü üzrə rayon turnirin yekununda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Nəticədə I, II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.

 

 

 


Açar sözlər: ,