03.03.2020

Ağcabədi  Rayon Təhsil Şöbəsində maarifləndirici iclas keçirilib  

Ağcabədi rayon Təhsil Şöbəsi, Gigiyena və Epidemilogiya Mərkəzinin nümayəndəsi, region üzrə koordinator və rayon ümumtəhsil məktəb direktorlarının iştirakı ilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyət, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə iclas keçirilib. İclasda Təhsil Nazirliyinin layihələrinin regionda tətbiqi və koronavirusa qarşı məktəblərdə dezinfeksiya işlərinin görülməsi, qərərgahların yaradılması məsələləri müzakirə olunub.

Ağcabədi rayonunun tabeliyindəki 62 ümumi təhsil müəssisəsində və 2 məktəbdənkənar təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Ağcabədi rayon Təhsil Şöbəsi ilə Ağcabədi rayon Gigiyena və Epidemilogiya Mərkəzi arasında bağlanan müqavilə əsasında şöbənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Təhsil Nazirliyinin təlimat məktubunun tələblərinə əsasən bildirilib ki, məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılsın, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılsın.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bu il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

 


Açar sözlər: