29.04.2016

  Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq dəyirmi masa təşkil edilib.

    Mərkəzin direktoru Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı.  Daha sonra tədbir Mərkəzin əməkdaşı Ceyhun Mamedovun  “Zərifə xanım Əliyevanın həyat yolu” adlı məruzəsi ilə davam etdi.

    Çıxışçılardan Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səadət Kazımova,  Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin direktoru Solmaz Rəhimova, Ağcabədi Pedoqoji Kollecin tələbəsi Şamama Qəhrəmanova Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlarından, qazandığı nailiyyətlərdən, yazdığı fundamental əsərlər və elmi monoqrafiyalardan bəhs ediblər. Həmçinin, Zərifə xanımın cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etdiyini, Zərifə xanımla Heydər Əliyevin ailəsinin, onların yetişdirdiyi övladların bugünkü gənc ailələrə örnək olduğu vurğulanıb.

    Sonda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirildi.