Məmmədov Əfrasiyab Məhiş oğlu

Məmmədov Əfrasiyab Məhiş oğlu 25 sentyabr 1950-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuşdur.

1957-ci ildə Zəngişalı kənd 8 illik məktəbin I sinifinə daxil olub 1965-ci ildə VIII sinifi bitirib. Mahrızlı kənd orta məktəbinin IX sinifinə daxil olub 1967-ci ildə həmin məktəbin X sinifini bitirmişdir.

1968-ci ildə H.Zərdabi adına GDPİ-nin fizika-riyaziyyat fakultəsinin riyaziyyat  ixtisasına daxil olub 1972-ci ildə həmin fakultəni bitirib.

1972-ci ildə təyinatla Ağcabədi rayonu Xocavənd kənd orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuşdur.

1973-cü ilin may ayından 1974-cü ilin may ayına kimi hərbi xidmətdə olmuşdur.

1974-1976-cı illərdə Xocavənf kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.

1976-1983-cü illərdə  “Qarabağ kanal”  8 illik məktəbində direktor müavini, 1983-cü ilin sentyabr ayından 1985-ci ilin sentyabr ayına kimi Engels adına 8 illik məktəbində direktor, 1985-1987-ci illərdə Ağcabədi rayon Təhsil Şöbəsində metodist işləmişdir.

1987-ci ilin mart ayından 1999-cu ilin mart ayına kimi rayon Təhsil Şöbəsinin inspektoru, 1999-cu ilin mart ayından hal-hazıra kimi rayon Təhsil Şöbəsində  müdir müavini işləyir.

1997-ci ildən YAP üzvüdür.