Həsənov İsmayıl Qulu oğlu            

Həsənov İsmayıl Qulu oğlu 01 aprel 1959-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu Rəncbərlər kəndində  anadan oluşdur. 1967-ci ildə Ağcabədi rayon Rəncbərlər kənd 8 illik məktəbin I sinifinə daxil olub, 1977-ci ildə Hüsülü kənd orta məktəbin X sinifini bitirmişdir.

1978/1980-ci illərdə, Ağcabədi rayonu Ə.Bünyadov adına kolxozda kolxozçu işləmişdir. 1980-cı ilədən Ağcabədi rayonu Pionerlər evində dərnək rəhbəri kimi fəaliyyətə başlamış, 1981/1983-cü illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1984-cü ilədək dərnək rəhbəri işini davam etdirmişdir.

1983-cü ildə Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunun tarix və içtimaiyyət fakültəsinə qiyabi daxil olub, 1988-ci ildə institutu bitirmişdir.

1984/1985-ci illərdə Ağcabədi rayon Rəncbərlər kəndində fərdi əməklə məşğul olmuşdur. 1985/1986-ci illərdə Ağcabədi rayonu Təsərrüfatlararası Melorasiya Müəsisəsində mexanik işləmişdir.

1986-ci ildən Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbində müəllim, 1999-cu ildən həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2006-cı il tarixdən Ağcabədi rayon M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində direktor vəzifəsində işləmişdir.

2018-ci  ilin sentyabr  ayından hal-hazıra kimi rayon Təhsil Şöbəsində müdir vəzifəsində  işləyir.

2000-ci ildən YAP üzvüdür. Ailəlidir, 4 övladı var.