Rəhimova Solmaz Cəlal qızı

 

    Rəhimova Solmaz Cəlal qızı 27 dekabr 1957-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 1964-cü ildə Ağcabədi şəhər 1 saylı orta məktəbin I  sinifinə daxil olub. 1974-cü ildə həmin məktəbi bitirib.

1975-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və Ədəbiyyatı fakultəsinə daxil olub, 1980-cı ildə həmin institutu fərqlənmə  diplomu ilə bitirmişdir.

1980-cı ildə Təhsil Nazirliyinin təyinatı ilə Ağcabədi şəhər 5 saylı orta məktəbə ixtisası üzrə rus dili müəllimi, 2010-cu ildə Ağcabədi şəhər 5 saylı orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir.

2016-cı ilin sentyabr ayından Ağcabədi rayon Təhsil Şöbəsinin müdir vəzifəsində işləyir.

2001-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Ağcabədi şəhər 5 saylı ilk partiya təşkilatının sədri, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının üzvüdür. 82 saylı Ağcabədi seçki dairəsinin şəhər 5 saylı seçki məntəqəsinin sədridir.