Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunun “Uşaqların  (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” na əsasən rayonun ümumtəhsil məktəblərində şagirdlərin kütləvi qəbulu  və X siniflər üzrə aparılır.

    Şagirdlərin I sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiya müvafiq dərs ilinin II yarımilindən etibarən fəaliyyət başlayır. Ümumtəhsil məktəblərinin I sinifinə hər il sentyabın 15-dək 6 (altı) yaşı tamma olan uşaqlar qəbul edilirlər. Ümumtəhsil məktəblərinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birlikdə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı Təhsil Şöbəsi tərədindən zəzuri tədbirlər həyata keçirilir.

    Uşaqların I sinifə qəbulu barədə valideynlərin  ərizəsi müvafiq dərs ilinin II yarımilindən etibarən növbəti dərsili başlananadək məktəbdə qeydiyyata alınır.

    Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun həyata keçirilir.

    Məktəbin X sinifnə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata keçirilir.  

 

 

Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu – Azərbaycan Respublikasının təhsil nazirinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir.

Bu sənəd Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə şagirdlərin qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir.