Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbirlər davam edir

 

        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat müsabiqəsi” keçirilmişdir. Ş.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi İsmayılova Gülər Adil qızı rayon mərhələsində I, respublika mərhələsində yüksək yer tutduğuna görə 3 may 2017- ci il tarixdə

0930-da Gülüstan sarayına dəvət olunmuşdur.

 Fənn olimpiadalarının respublika mərhələsində rayonun Cəfərbəyli kənd tam orta məktəbin VIII sinif şagirdi Cəfərov Rəvan Əli oğlu Tarix fənni üzrə II yer tutmuşdur.

IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş idman yarışlarında Taekvando idman növü üzrə şəhər

  • 1 nömrəli tam orta məktəbin şagirdi Əkbərov Əli Tapdıq oğlu – I yer

Ş.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Ağamirov Elmir Emil oğlu - I yer

  • M.Aranlı adına şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Quliyev Namiq Faiq oğlu - I yer
  • M.Aranlı adına şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Məmmədəliyeva Şəbnəm İlqar qızı – II yer
  • M.Əsədov adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Quliyev Sadiq Əli oğlu II yer
  • M.Aranlı adına şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Namiq Faiq oğlu III yer tutmuşdur.
  • Karate idman növü üzrə C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbin şagirdi Həsənov Şükran Elmir oğlu III yer tutmuşdur.
  • “Şahin” hərbi idman oyununda C.İbrahimov adına şəhər 8 nömrəli tam orta məktəbin komandası Tərtər rayonunda keçirilən zona yarışında I yer tutaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.
  • Şirvan şəhərində rəsm müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədova Xumar Emin qızı - I yer tutmuşdur.