27.02.2019

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürüb

26 fevral 2019-cu il tarixində Ağcabədi rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı Soyqırımını qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri start götürülüb. 35 rayon və şəhərin uşaq-gənclər idman-şahmat məktəblərindən 317 şahmatçının qatıldığı respublika şahmat turniri “A” və “B” qrupları üzrə isveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilir. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparır. Yarışın nəticələri beynəlxalq reytinqin hesablanması üçün beynəlxalq şahmat federasiyasına təqdim ediləcək. 

Yarışın keçirilməsində əsas məqsəd Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsi, şahmatçıların ustalıq səviyyələrinin, idman dərəcələrinin və beynəlxalq reytinqinin artırılmasından ibarətdir.

 


Açar sözlər: