05.03.2019

“05 Mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş Taekvondo idman növü üzrə  açıq turniri keçirilib

        02 mart 2019-cu il tarixdə Taekvondo idman növü üzrə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin idman zalında “05 Mart-Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında Ağcabədi rayon açıq turniri keçirilib. Turnir gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman idarəsinin tərəfindən Diplom və medallar təqdim olunub.


Açar sözlər: ,  ,