11.01.2020

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının artırılması istiqamətində layihələrin həyata keçiriliməsi nəzərədə tutulmuşdur.

Layihələrin həyata keçirilməsində məqsəd 3-cü siniflərdə tədris aparan müəllimlərin, şagirdlərin oxuyub-anlama və riyazi bacarıqlarının inkişaf etdirilməsi üzrə işini daha da effektiv edəcək təlim üsulları ilə işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Həmin layihəsi çərçivəsində Ağcabədi rayon Camal İbrahimov adına 8 saylı tam orta məktəbdə yerləşən təlim mərkəzində Ağcabədi rayon müəllimlərinin təliminə start verilib. Təlim Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitunun birgə həyata keçirdiyi “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin Ağcabədi rayon üzrə qalibi, təlimçi, müəllim Mehtiyeva Əsmər Musa qızı tərəfindən keçirilir.

Təlimlər 2019-cu ilin noyabr ayından başlanmış 2020-ci ilin fevral ayının sonuna kimi davam edəcək.

 


Açar sözlər: ,