17.01.2020

“20 yanvar Şəhidləri”nin xatirəsinə həsr olunmuş Voleybol yarışı keçirilib

17-20 yanvar 2020-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Əkbər Alıyev adına şəhər 12 saylı tam orta məktəbin idman zalında “20 yanvar Şəhidləri”nin xatirəsinə həsr olunmuş Voleybol idman növü üzrə məktəblər arasında (oğlanlar) Ağcabədi rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyində 16 komanda iştirak etmişdir. Yekunda Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbinin komandası I yerə, Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə laiq görülmüşdür. I,II və III yerləri tutan komandalara rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.