23.01.2020

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası

 

Ağcabədi rayon C. Məmmədquluzadə adına Kəhrizli kənd tam orta  məktəbin şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məktəblilər öncə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstləri düzüblər. Sonra mərkəzin ekpozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verilib. Daha sonra şagirdlər mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkilib.

 


Açar sözlər: ,