Bu gün Ağcabədi rayonu Cəfərbəyli kənd tam orta məktəbində "Ana dili günü" münasibətilə intellektual bilik yarışması keçirilib. Bilik yarışmasında qaliblərə diplomlar təqdim olunub. Yarışdan əvvəl məktəbin dil-ədəbiyyat müəllimləri Ş.Həsənova, B.Quliyeva çıxış edərək Azərbaycan dilinin yaranma və inkişaf tarixi haqqında geniş məlumat veriblər. Tədbirdə V-lX sinif şagirdləri yaxından iştirak edib. Tədbirin sonunda məktəbin direktoru Valeh Atakişiyev çıxış edərək müəllim və şagird kollektivinə təşəkkürünü bildirib.