Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 2019-2020-ci dərs ilində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 19 fevral 2020-ci il tarixli, F-115 nömrəli əmri olmuşdur. Əmrə əsasən müsabiqənin rayon mərhələsi keçirilmiş və nəticədə Ağcabədi rayon Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Mamedova Leyla Ramazan qızı müsabiqənin qalibi elan edilmiş və respublika mərhələsinə vəsiqə qazanmışdır. Respublika mərhələsində Mamedova Leyla Ramazan qızı IV yerə layiq görülərək Nazirliyin sertifikatını almışdır. Təltif 28 avqust 2020-ci il tarixdə Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov tərəfindən qalibə təqdim olunub. Təqdimat Ağcabədi Rayon Təhsil Şöbəsində keçirilmişdir.
Ağcabədi Rayon Təhsil Şöbəsi adından qalibi bir daha təbrik edirik.