21.09.2020

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi

21 fevral 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbin müəllimi Qurbanov Cəfər Səfər oğlu olub.

AHİK üzv təşkilatlarla birlikdə daim gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışır, dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. “İlin peşəkar gənci” müsabiqəsinin təşkili gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğinə xidmət edir. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ağcabədi rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Niftalıyeva Arzu Niftalı qızı tərəfindən  qalibə fəxri fərman və qiymətli hədiyyə  təqdim edilib.


Açar sözlər: ,