16.12.2020

Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı

            “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının ikinci bəndinə əsasən Ağcabədi şəhər 9 saylı tam orta məktəbin Əməkdar müəllimi Təranə Əliyeva VII sinif şagirdləri ilə Ədəbiyyat dərsində Azərbaycan Ordusunun tarixi qələbəsinin qazanılması yolunda xalqın birliyi rolundan ətraflı məlumat vermişdir. Müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində tarix yazdığını, əsil qəhrəmanlıq salnaməsi olduğunu bildirmişdir. Güclü və iradəli Prezident və Ali Baş Komandan İlham Əliyevin səmərəli təlimlənmiş, texniki cəhətdən təchiz olunmuş müasir bir ordu, inkişaf etmiş hərbi-sənaye kompleksi qurmuş olduğunu bütün dünya ğördü. Azərbaycan xalqının, əsgər və zabitlərinin yüksək əhval-ruhiyyəsi, ordu ilə xalqın birliyi güclü və çoxşaxəli iqtisadiyyat, müharibənin ədalətli xarakteri işğal olunmuş ərazilərin azad edilməsinə səbəb olan amillərdəndir. Erməni faşizminin işğal etdiyi torpaqlarımızda 30 ilə yaxın müddətdə güclü, keçilməz istehkamlar yaratmışdılar. Xarici havadarları tərəfindən müasir silahlarla təmin olunmuşlar. Rusiyadan, Suriyadan, Fransadan və digər dövlətlərdən gətiriımiş muzdlular, ASALA, PKK terrorçuları Azərbaycan Ordusuna qarşı döyüşsədə Müzəffər Ordumuz dünya döyüş tarixində misilsiz qəhrəmanlıqlara imza atdı. Müqayisəsi heçbir döyüşlə bərabər ölçüyə gəlməz Şanlı Şusa əlbəyaxa döyüşü tariximizə qızıl hərflərlə həkk olundu. Bu Azərbaycan Ordusunun nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Və sübut etdiki artıq Azərbaycanla zordilində danışanın aqibəti bax belə olacaqdır! Azərbaycan qısa müddətdə dunya hərb savaşında müharibənın necə aparmaq yolunu əyani formada göstərməklə, yaxşı mənada hamını mat qoydu.


Açar sözlər: ,