17.12.2020

Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı ilə bağlı online dərs keçirilmişdir

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının beşinci bəndinə əsasən “Çağrışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı ilə bağlı online dərs keçirilmişdir. Məktəblilərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən onun yolunda canından keçməyə hazır olan vətəndaş kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir. Pedoqoji kollektiv olaraq tədris olunan fənlərlə yanaşı,  şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir.


Açar sözlər: ,