18.12.2020

“Şagirdlərin ordu sıralarında xidmətə mənəvi- psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili” mövzusunda N saylı hərbi hisssə ilə şagirdlər arasında onlayn görüş təşkil edilmişdir

 

        “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının yeddinci bəndinə əsasən Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini, hərbi rəhbər və IX-XI sinif şagirdləri ilə “Şagirdlərin ordu sıralarında xidmətə mənəvi- psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili” mövzusunda N saylı hərbi hisssənin tabor komandirinin müavini mayor Qasımzadə Alim, batareya komandiri kapitan Abbaszadə Namiq və özüyeriyən artireliyaqurğusu komandiri gizir Dəmirov Atəş ilə onlayn görüş təşkil edilmişdir. Görüşdə hərbiçilər “Aprel” və “Vətən müharibəsi”də keçdikləri döyüş yolundan şagirdləri məlumatlandırdılar.


Açar sözlər: ,