22.01.2021

Risk qrupuna daxil olan təhsilalanların valideynləri ilə fərdi görüşlər  təşkil edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2019-cu il tarixli F-260 nömrəli əmrindən irəligələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Ağcabədi rayon Təhsil Şöbəsində “Tədbirlər plan”ı təsdiq edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Həmin “Fəaliyyət Planı”na əsasən Ağcabədi rayon ümumtəhsil məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir. 22-23.01.2021 tarixlərində M.Aranlı adına şəhər 11 saylı, S.Vurğun adına şəhər 4 saylı, Hacıbədəlli, Qiyaməddinli kənd tam orta məktəblərində  risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə online görüşlər keçirilmişdir. Çətin dönəmdən keçən şagirdlərə məktəb-ailə qarşılıqlı əməkdaşlığı ilə necə dəstək göstərilə, onların şəxsi inkişafına necə təkan verilə bilər mövzularında müzakirələr aparılmışdır.

 


Açar sözlər: ,  ,